Argentinada nümayişçilərlə polis arasında toqquşma baş verib

Argentinada nümayişçilərlə polis arasında toqquşma baş verib
05:47 9 Yanvar 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Argentinanın La Plata şəhərinin mərkəzində toplaşan 200-ə yaxın keçmiş bələdiyyə əməkdaşı işdən çıxarılmalarına etiraz ediblər.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər bələdiyyəsinin binasına tərəf yürüş edən aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib.
Asayiş keşikçiləri səs qumbaraları, gözyaşardıcı qaz və rezin qüllələrdən istifadə edərək aksiyanı dağıdıblar. Azı 17 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, dövlət məmurlarının sayının azaldacağını bəyan edən Argentinanın yeni prezidenti Maurisio Makrinin hazırladığı islahat proqramı çərçivəsində son bir ayda 12 min bələdiyyə əməkdaşı işdən çıxarılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/argentinada-numayiscilerle-polis-arasinda-toqqusma-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR