Kanadada sərnişin təyyarəsi təcili eniş edib

Kanadada sərnişin təyyarəsi təcili eniş edib
07:42 9 Yanvar 2016
14 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ “Canadian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi tüstülənmə səbəbindən Qalifaks şəhərinin hava limanına qayıdmalı olub.
"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə əsasən, Toronto şəhərinə uçan “Embraer 190” tipli təyyarənin pilotlara aid hissəsində texniki nasaqlıq baş verib. Bu səbəbdən pilotlar Qalifaks hava limanına təcili eniş ediblər.
Zərərçəkənlərin olub-olmadığı ilə bağlı məlumat verilmir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/kanadada-sernisin-teyyaresi-tecili-enis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR