Böyük Britaniyada Türkiyə diplomatlarının bank hesablarına həbs qoyulub

Böyük Britaniyada Türkiyə diplomatlarının bank hesablarına həbs qoyulub
08:12 9 Yanvar 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Kipr Yunan icmasının 7 üzvü London məhkəməsinə müraciət edərək Böyük Britaniyada fəaliyyət göstərən Türkiyə diplomatlarının bank hesablarının dondurulmasını tələb edib. "Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, məhkəmə bu tələbi təmin edib və bank hesablarına həbs qoyulub. Beləliklə, diplomatlar bu ay maaşlarını ala bilməyiblər.
Buna cavab olaraq rəsmi Ankara britaniya rəsmilərinə xəbərdarlıq edib ki, sözü gedən məhkəmə qərarı beynəlxalq qanunlara, xüsusi ilə də Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına ziddir.
İngiltərənin Ankaradaki səfiri Riçard Mur ötən gün Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olunub.
Türkiyənin Xarici işlər nazirliyinin nümayəndəsi Tanju Bilgiç bildirib ki, əyər İngiltərə problemi həlli istiqamətində ciddi addım atmasa, Ankara ilə Avropa İttifaqı arasında aparılan danışıqlarda ciddi maneələr yaranacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR