"Qalatasaray"ın futbolçusu ölümdən döndü - FOTO

"Qalatasaray"ın futbolçusu ölümdən döndü - FOTO
08:27 9 Yanvar 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya çempionatının "Cenoa" - "Sampdoria" oyununda qorxulu anlar yaşanıb. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Blerim Cemaili ciddi zədə alıb.

Qarşılaşmanın ilk hissəsində oyun epizodlarından birində top isveçrəli oyunçunun başına dəyib. Zərbədən futbolçunun huşu gedib. Bu səbəbdən o əvəzlənməli olub. Dərhal xəstəxanaya çatdırılan Cemaili gecəni həkim nəzarətində keçirməli olub. Xoşagəlməz hadisə ilə bağlı açıqlama verən 29 yaşlı futbolçu həmin andan sonra heç nə xatırlamadığını bildirib. Həkimlər futbolçunun ciddi təhlükədən yan keçdiyini qeyd ediblər.

Cemaili müqavilə ilə "Qalatasaray"a məxsusdur. İcarə əsasında 1 illik "Cenoa"da çıxış edən futbolçunun İstanbul təmsilçisi ilə 2017-ci ilə qədər sözləşməsi var.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR