Di Kaprio nüfuzlu kino mükafatına namizəddir

Di Kaprio nüfuzlu kino mükafatına namizəddir
08:47 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın ən nüfuzlu kino mükafatını almağa builki namizədlərin adları açıqlanıb.

Milli.Az ANS TV-yə istinadən bildirir ki, söhbət "Oscar" mükafatının Britaniya versiyası olan Britaniya Kino Akademiyası Mükafatı və ya BAFTA-dan gedir.

Builki nominantlar arasında ən çox kateqoriyada namizədliyi irəli sürülən Soyuq Müharibədən bəhs edən "Casuslar körpüsü" adlı film olub.

Bu filmlərin hər biri 9 nominasiyada, o cümlədən ilin ən yaxşı filmi nominasiyasında irəli sürülüb. 

Leonardo Di Kaprionun rol aldığı "Sağ qalan" filmi səkkiz nominasiyada, BAFTA mükafatına namizəddir. 

Aktyor Eddi Redmeyn isə "Danimarkalı qız" adlı filmindəki roluna görə ardıcıl olaraq ikinci dəfə ən yaxşı aktyor nominasiyasında qalib olmaq şansı qazanıb.

Builki BAFTA mükafatının qaliblərinin adları "Oscar" mükafatının təqdimetmə mərasimindən iki həftə əvvəl, yəni fevralın 14-də elan olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR