Miqrantlar soyuq hava şəraitindən əziyyət çəkir - VİDEO

Miqrantlar soyuq hava şəraitindən əziyyət çəkir - VİDEO
08:47 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Havaların kəskin soyumasından ən çox əziyyət çəkən Avropaya üz tutan miqrantlardır.

Milli.Az ANS TV-yə istinadən bildirir ki, səhiyyə rəsmiləri mühacirlər və qaçqınlar arasında xəstəlik hallarının artdığını açıqlayıblar.

Həkimlərin sözlərinə görə, mühacirlər və qaçqınlar, əsasən, tənəffüs yolları xəstəliklərindən həmçinin qripdən əziyyət çəkirlər. Onların arasında müalicə almaqdan imtina edənləri də çoxdur. Havanın yağıntılı və soyuq keçməsindən əziyyət çəkən və daha tez xəstələnənsə azyaşlılardır.

Serbiya, Makedoniya və Xorvatiyada mühacirlərə və qaçqınlara isti geyimlər, həmçinin ərzaq paylanılıb. Lakin rəsmilər humanitar yardımın kifayət etmədiyindən şikayətlənirlər. 

Suriya hökuməti isə Mədayə qaçqın düşərgəsinə humanitar yardım göndərilməsinə icazə verib. Lakin üsyançı qruplaşmaların nəzarəti altında olan kənd hökumət qüvvələri tərəfindən blokadaya alınıb.

Məlumata görə, bölgədə humanitar vəziyyət son dərəcə acınacaqlıdır. İnsanların aclıqdan, hətta öldüyü xəbəri yayılır. Bəzi mənbələr miqrantların sağ qalmaq üçün ot və yarpaq yediklərini qeyd edib.

Suriyanın mülki müdafiə fəalları Mədayə qaçqınlarına dəstək nümayiş etdiriblər.

Ağ Dəbilqəlilər beynəlxalq qurumları qaçqınlara yardım etməyə çağırıblar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR