"Mançester Yunayted" "Çelsi"nin ulduzu Eden Hazarda elçi düşüb. Fanat.az xəbər verir ki, "qırmızı şeytanlar" bosniyalı futbolçu üçün Premyer Liqadakı rəqibinə 65 milyon funt-sterlinq (148 milyon 772 min manat) təklif etməyə hazırlaşır.
Hazardın özünə gəlincə, onun "Mançester Yunayted"də daha çox qazanacağı deyilir. Bosniyalı ulduz "Çelsi"də həftəlik 250 min funt-sterlinq (572 min 200 manat) maaş alır.
Qeyd edək ki, Hazardla "Real"ın da maraqlandığı deyilir. Belə ki, Qaret Beylin yayda komandadan ayrılması gündəmə gəlib. Bu baş versə, "Real" Hazardı heyətinə qatmağa çalışacaq. Onun xidmətində həmçinin PSJ və "Bavariya"nın da maraqlı olduğu deyilir.
Joze Mourinyonun "Çelsi"dən ayrılmasından sonra Hazardın da getmək istədiyi barədə xəbərlər yayılıb. Hətta onun mövsümün sonunda komandadan ayrılmağa qərar verdiyi də iddia olunur.
Fanat.az