İŞİD-lə əlaqədə olan silahlı şəxs polis zabitinə hücum etdi

İŞİD-lə əlaqədə olan silahlı şəxs polis zabitinə hücum etdi
09:17 9 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının adı altında hücum həyata keçirdiyini iddia edən bir silahlı şəxs ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində polis zabitini güllələyib.

Milli.Az Amerikaninsesi-nə istinadən bildirir ki, Polis zabiti xidməti avtomobilinə əyləşən zaman silahlı şəxs ona bir neçə dəfə atəş açıb.

Rəsmilər deyir ki, qolundan 3 güllə yarası alan polis zabiti silahını çıxararaq cavab atəşi aça bilib və yaralanan 30 yaşlı silahlı qaçsa da, qısa müddət sonra ələ keçirilib.

33 yaşlı polis zabiti Cesse Hartnett isə xəstəxanaya çatdırılıb. Polisin verdiyi məlumata görə, üzərində bir neçə əməliyyat keçirilən zabitin vəziyyət sabit-ağır olaraq qalır.

Şübhəli şəxsin vəziyyəti barədə isə məlumat verilməyib. Onun omba nahiyəsindən güllə yarası aldığı ehtimal olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR