Report.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,70% ucuzlaşaraq 5 912,44 bənd, Fransa CAC-40-ı 1,59% azalaraq 4 333,76 bənd, Almaniya DAX-ı isə 1,31% geriləyərək 9 849,34 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,43% ucuzlaşaraq 1 104,15 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0922 (-0,09%) təşkil edib.