"Kardeşim benim" filminin mətbuat konfransı keçirilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin mətbuat konfransına qatılan Burak Özçivit, Aslı Enver, Murat Boz yolda qalıb. Burak bunu 1970 -ci ilə aid köhnə avtomobil modeli ilə gəlməsi ilə açıqlayıb. O, hətta zarafatla Murat Bozun yolda maşını itələdiyini də deyib. Murat isə buna "hamsı filmə görə oldu", - deyərək gülüb.
Konfransda Murat Bozun geyindiyi gödəkçə fotoqrafların diqqətindən yayınmayıb.
Milli.Az