İstanbul-Bakı aviareysi təxirə salındı

İstanbul-Bakı aviareysi təxirə salındı
10:11 9 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti yenidən əlverişsiz hava şəraitinə görə İstanbul-Bakı aviareysini təxirə salıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə qonşu ölkədə bu gün ümumilikdə 31 aviareys təxirə salınıb.




Təxirə salınan aviareyslər arasında İstanbul-Brüssel, İstanbul- Batumi, İstanbul-Budapeşt və İstanbul-Napoli reysləri də var.

Bundan əvvəl də qonşu ölkədə bənzər hal qeydə alınmışdı. “Türk Hava Yolları” (THY) “Atatürk” hava limanında gözlənilən fırtına səbəbindən 2016-cı il 6-7 yanvar tarixlərində həyata keçiriləcək 84 uçuşu təxirə salıb. Bu barədə THY-nin rəsmi internet saytında məlumat yayılıb.

Bu çərçivədə 07.01.2016-cı il tarixdə saat 08.15-də İstanbul “Atatürk” hava limanından Bakı Heydər Əliyev Beynəlxalq aeroportuna nəzərdə tutulan və 07.01.2016-cı il tarixdə saat 04.45-də Heydər Əliyev Beynəlxalq aeroportundan İstanbul “Atatürk” hava limanına nəzərdə tutulan reys ləğv olunub.





2015-ci ilin son günlərində isə yəni 30-31 dekabrda İstanbulda müşahidə olunan çovğunla əlaqədar 142 təyyarə reysi təxirə salınıb. Təxirə salınan reyslər arasında Azərbaycanın paytaxtı Bakıya nəzərdə tutulan uçuşlar da var idi.


THY təyyarəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR