​Çində vəzifə borcuna laqeyd yanaşan 16 vəzifəli həbs edilib

​Çində vəzifə borcuna laqeyd yanaşan 16 vəzifəli həbs edilib
10:12 9 Yanvar 2016
18 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Çində torpaq sürüşməsi ilə əlaqədar 16 nəfər həbs edilib.
"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, onlar öz vəzifə borclarına laqeyd yanaşmaqda ittiham olunurlar.
Ötən il dekabrın 20-də Çinin Şençjen şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 30-dan artıq bina uçqun altında qalmışdı, indiyədək dağıntıların altından 58 nəfərin meyiti çıxarılıb.
Sonrada müəyyən edilib ki, sürüşmə həmin əraziyə qanunsuz olaraq zibil tökülməsi səbəbindən baş verib. İttiham olunanlar da kommunal təsərrüfatı sahəsinin rəhbərləridir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/cinde-vezife-borcuna-laqeyd-yanasan-16-vezifeli-hebs-edil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR