Xəstəxanada "namus" davası: həkim xəstəni öldürdü - VİDEO

Xəstəxanada "namus" davası: həkim xəstəni öldürdü - VİDEO
10:37 9 Yanvar 2016
171 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Belqorod şəhərindəki 2 saylı xəstəxanada biabırçı olay yaşanıb. Tibb bacısına sataşan pasiyenti həkim döyüb.

Milli.az 360 Podmoskovye-yə istinadən bildirir ki, insident terapiya şöbəsinin qəbul otağında baş verib. Videomüşahidə kameraları pasiyentə baxış keçirilən otağa həkimin girişini qeyd ediblər. Həkim tibb bacısına müraciət edərək "Bu pasiyent niyə sənə toxunur?" soruşub, sonra pasiyenti tutaraq onu yan kabinetə sürüməyə başlayıb.

Həkim pasiyenti başından vurub. Yerə yıxılan xəstə huşunu itirib. Həkimlər xəstəyə yardım etməyə çalışsalar da, pasiyent aldığı zərbədən keçinib.
Belqorod prokurorluğundan verilən məlumata görə, həkimə qarşı cinayət işi qaldırılıb, istintaq gedir.

Videonu izləmək üçün şəklə klikləyin:

Происшествия Врач до смерти забил пациента в белгородской больнице.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR