Palasio “İnter” ilə yeni müqavilə imzalayıb

Palasio “İnter” ilə yeni müqavilə imzalayıb
10:18 9 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
İtaliyanın “İnter” futbol klubu Rodriqo Palasio ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı futbolçu ilə anlaşma 2017-ci ilədək nəzərdə tutulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı forvard 2012-ci ildən “İnter”in şərəfini qoruyur. Bu müddət ərzində Palasio İtaliya çempionatında 104 oyun keçirib, 37 qol vurub və 21 məhsuldar ötürmə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Palasio_Inter_ile_yeni_muqavile_imzalayib-917113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR