“Xəzər Lənkəran”da yeni futbolçu

“Xəzər Lənkəran”da yeni futbolçu
10:37 9 Yanvar 2016
152 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün ikinci yarısında hazırlıqlara dünəndən başlayan “Xəzər Lənkəran” artıq heyətinə yeni futbolçu qatıb.

Fanat.az xəbər verir ki, bir vaxtlar cənub təmsilçisinin şərəfini qorumuş yarımmüdafiəçi Akif Tağıyev yenidən lənkəranlıların heyətinə qoşulub.

Onunla FIFA-nın məlum qadağasına görə müqavilə imzalanmamışdı. Lakin dünən ali futbol qurumu “ağ-yaşıllar”a məktub ünvanlayaraq cəzanı aradan götürdüklərini bildirib. Belə olan halda “Xəzər Lənkəran”ın bu günlərdə Tağıyevlə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.(qafqazinfo)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR