Tanınmış aparıcı: "Polisə xəbər etdim"

Tanınmış aparıcı: "Polisə xəbər etdim"
10:37 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aparıcısı Burcu Esmersoy tıxacda qalıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aparıcı tıxacdan qarşısındakı maşının fotosunu şəxsi Tvitter hesabında paylaşıb. O, paylaşdığı şəkildəki maşında bir qadının döyüldüyünü bildirib. Şəkli görən izləyicilər "burada şəkil paylaşmaqdansa, polisə zəng et" kimi şərhlər yazıb. Burcu isə onların şərhini cavabsız qoymayaraq: "Əvvəlcə polisə zəng etdim, sonra burada paylaşdım", - deyib.

Qeyd edək ki, Burcu Esmersoy sosial medianın aktiv iştirakçılarındandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR