Cavad Zərif: "İran gərginliyin əleyhinədir"

Cavad Zərif: "İran gərginliyin əleyhinədir"
10:46 9 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

İran Yaxın Şərqdə vəziyyəti gərginləşdirmək istəmir.

ANS PRESS-in məlumatına görə, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Pan Gi Muna məktubunda belə yazıb.

Ölkənin Xarici İşlər naziri Səudiyyə Ərəbistanı hakimiyyətini Yəməndə husilərə qarşı mənasız hərbi əməliyyatların aparılması və regionda ekstremistləri dəstəkləməkdə günahlandırıb.


Məhəmməd Cavad Zərif - İranın Xarici İşlər naziri

İki ölkə arasında münasibətlər yanvarın 2-dən etibarən gərginləşməyə başlayıb. Həmin gün Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.

Haqqında edam cəzası çıxarılan şəxslər arasında məşhur şiə din xadimi Şeyx Nimr əl-Nimrin də olması Səudiyəni özündə, İranda və Bəhreyndə etirazlara səbəb olub.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyan edib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər. Onlar terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.

ən-Nimrin edamından sonra Tehran sakinləri bu şəhərdə yerləşən Səudiyyə Ərəbistanı səfirliyinə hücum ediblər.

Bundan sonra Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələri İranla olan diplomatik əlaqələrini kəsiblər.


İran və Səudiyyə Ərəbistanı


Bölgədə gərginliyin yaranmasının qarşısını almaq üçün bu gün Ər-Riyadda Fars Körfəzi ölkələrinin Xarici İşlər nazirləri görüş keçirəcəklər və İrana dair bəyanat hazırlayacaqlar.

Bəyanatda Tehran və Məşhəddə yerləşən Səudiyyə Ərəbistanı diplomatik nümayəndəliklərinə hücüm və İranla Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafına dair mövqenin əks olunacağı gözlənilir.


Fars körfəzi ölkələri


Görüşə hazırda körfəz ölkələri Nazirlər Şurasına sədrlik edən Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cübeyr rəhbərlik edəcək.


Adil Əl-Cübeyr - Səudiyyə Ərəbistanı Xarici İşlər naziri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR