Türkiyənin Çanaqqala vilayətində dəhşətli yol qəzası baş verib. Əcnəbi vətəndaşları daşıyan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması 6 nəfərin ölümünə, 3 nəfərinsə yaralanmasına səbəb olub.
ANS PRESS-in Tükiyə mətbuatına istinadən verdiyi məlumata görə, 17 ZE 245 seriya nömrəli avtomobil, Yunanıstanın Midili adasına yola düşən və içərisində Suriya, Əfqanıstan və Myanmar əsilli vətəndaşlar olan avtobusla Ezine-Bayramiç yolu Harharik körpüsü yaxınlığında toqquşub. Ağır zərbənin təsirindən sərnişinlə dolu avtobus körpüdən aşaraq dərəyə yuvarlanıb.
Türkiyədə yol qəzası
Nəticədə avtomobildə olan 2 nəfər, eləcə də avtobusdan zərbənin təsirindən bayıra atılan 2 şəxs və avtobusun altında qalan 2 uşaq hadisə yerindəcə keçinib. Ümumilikdə qəzada 30 nəfər yaralanıb.
Çanaqqalada yol qəzası
Ölənlər arasında Azərbaycan vətəndaşı da var. Onlar avtomobilin sürücüsü Mehmet Çakır və baldızı Sevil Çakırdır. Azərbaycanlı xanımın həyat yoldaşı Ramazan Çakır isə qəzada ağır yaralanıb. Cütlük ötən il Bakıda nigah kəsdirib.