Türkiyədə "donuz qripi" DƏHŞƏTİ: 5 nəfər öldü, 30 nəfər xəstəxanada

Türkiyədə "donuz qripi" DƏHŞƏTİ: 5 nəfər öldü, 30 nəfər xəstəxanada
10:59 9 Yanvar 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Ölənlərdən biri azyaşlıdır

Türkiyədə AH1N1 ("donuz qripi") virusu daşıyanların sayının artması ilə əlaqədar son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, xəstələrdən 5-i ölüb, 30 nəfərin müalicəsi davam etdirilir. Onlarda “donuz qripi”nin aşkarlandığı açıqlanıb.

 

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

 

Həkimlər mövsüm dəyişkənliyinin bu virusun yayılmasına şərait yaratdığı barədə xəbərdarlıq ediblər. İnsanlara qrip və sətəlcəmə qarşı peyvənd olunmaları məsləhət görülür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR