Fırtınalı hava şəraiti ilə əlaqədar İstanbul-Bakı aviareysi təxirə salınıb

Fırtınalı hava şəraiti ilə əlaqədar İstanbul-Bakı aviareysi təxirə salınıb
11:33 9 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 10-da İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) İstanbul-Bakı aviareysini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumata görə yanvarın 10-da İstanbul Atatürk Aeroportundan həyata keçirilməsi nəzərdə tutulan 31 aviareys müvəqqəti olaraq təxirə salınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Firtinali_hava_seraiti_ile_elaqedar_Istanbul_Baki_aviareysi_texire_salinib-917135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR