Rusiya prezidentinin Ukraynadakı situasiyanın həlli üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə Boris Qrızlovun təyin edilməsi Donbasdakı vəziyyətə təsir etməyəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Exo Moskva" radiosuna açıqlamasında rusiyalı ekspert Nikolay Svanidze söyləyib. Onun sözlərinə görə, Donbasla bağlı bütün qərarların hamısını şəxsən Rusiya prezidenti Vladimir Putin qəbul edir:
"Qrızlovun təyinatı Putinin ona nə qədər qiymət verməsinə işarədir. Məncə, Minsk müqaviləsinin şərtləri yerinə yetirilməyəcək. Bu bölgədə situasiya dəyişməyəcək. Suriya uğursuzluğu Moskvanın aktiv şəkildə Ukraynaya dönməsinə səbəb olacaq".
Milli.Az