Hamilə azərbaycanlı qadın Türkiyədə faciəvi şəkildə öldü

Hamilə azərbaycanlı qadın Türkiyədə faciəvi şəkildə öldü
11:52 9 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Çanaqqala vilayətində dəhşətli yol qəzası baş verib. Əcnəbi vətəndaşları daşıyan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması 6 nəfərin ölümünə, 3 nəfərinsə yararlanmasına səbəb olub. 

Anspress-in Tükiyə mətbuatına istinadən verdiyi məlumata görə, 17 ZE 245 seriya nömrəli avtomobil, Yunanıstanın Midili adasına yola düşən və içərisində Suriya, Əfqanıstan və Myanma (Birma) əsilli vətəndaşlar olan avtobusla Ezine-Bayramiç yolu Harharik körpüsü yaxınlığında toqquşub. Ağır zərbənin təsirindən sərnişinlə dolu avtobus körpüdən aşaraq dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan 2 nəfər, eləcə də avtobusdan zərbənin təsirindən bayıra atılan 2 şəxs və avtobusun altında qalan 2 uşaq hadisə yerindəcə keçinib. Ümumilikdə qəzada 30 nəfər yaralanıb.

Ölənlər arasında Azərbaycan vətəndaşı da var. Onlar avtomobilin sürücüsü Mehmet Çakır və baldızı Sevil Çakırdır. Sevil Çakır 10 ay əvvəl Azərbaycandan gələrək 38 yaşlı Ramazan Çakırla ailə həyatı qurub. Həlak olan qadın 1,5 aylıq hamilə olub. Onun həyat yoldaşı ağır vəziyyətdə Çanaqqala Dövlət Xəstəxanasına çatdırılıb. Hazırda o, reanimasiya şöbəsindədir, həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR