“Mən Cahangir Hacıyevin adamı deyiləm”

“Mən Cahangir Hacıyevin adamı deyiləm”
12:06 9 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Uzun illərdir "İnter"in prezidenti vəzifəsində çalışan bolqarıstanlı Georgi Nikolov klubdan kənarlaşdırılıb.

Milli.az bildirir ki, prezident vəzifəsindən getdikdən sonra klub barədə danışmayan Nikolov qafqazinfo-ya bununla bağlı açıqlama verib. O, əvvəlcə vəzifədən getməsindən danışıb: "Mənim klubla müqaviləm bitdi və postumu tərk etdim. Digər səbəb də rəhbərliyin idarəçilikdə dəyişiklik etmək istəməsi idi. Bunları normal qarşılayıram. Qərara da hörmət edirəm. Mən Cahangir Hacıyevin adamı deyiləm. O, sadəcə, mənim müdirim olub".

Sabiq prezident bir müddət öncə onun ölkədən çıxışına qoyulan qadağanın da aradan qaldırıldığını bildirib: "Ölkədən çıxışıma qoyulan qadağa aradan qaldırılıb. Sadəcə, burada klubla bağlı bir sıra hüquqi məsələləri həll etmək lazımdır. Onlar bitdikdən sonra ölkəmə gedəcəm".

Nikolov Cahangir Hacıyevlə bağlı istintaqa cəlb olunmasını da təsdiqləyib: "Bəli, hüquq-mühafizə orqanları Cahangir Hacıyevlə bağlı məni istintaqa çağırıblar. Bu, iyun ayında baş vermişdi. Orda kluba ayrılan maliyyə ilə bağlı suallara cavab verdim. Mənim istintaqa cəlb olunmağım normaldır. Çünki "İnter"in səhmlərinin hamısı Beynəlxalq Banka məxsusdur".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR