ABŞ terrora qarşı yeni qurum yaradır

ABŞ terrora qarşı yeni qurum yaradır
12:05 9 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da terrora qarşı təbliğat məqsədilə yeni qurum yaradılır. 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ administrasiyası ölkə idarələri yanında ekstremizmlə mübarizə üzrə yeni bölmələrin yaradılmasını elan edib.
 
Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Ned Prays bildirib ki, Parisdə və San-Bernardinoda dəhşətli hücumlar ABŞ-a və onun partnyorlarına ekstremizmə qarşı mübarizə aparmaq zərurətini ortaya çıxarıb.
 
Ekstremizmə qarşı mübarizə aparacaq yeni qurum ölkənin Daxili Təhlükəsizlik və Ədliyyə Nazirliklərinin birgə iştirakı ilə yaradılacaq. Yeni qurum ölkənin daxilində ekstremizmlə mübarizə aparacaq. ABŞ Dövlət Departamenti isə xarici tərəfdaşlarla əməkdaşlıq şəraitində bu məsələylə məşğul olacaq.
 
Xatırladaq, ABŞ prezidenti Barak Obama 2015-ci ilin sonunda terrorçuluğa qarşı proqramla millətə müraciət edib. Ağ Ev rəhbəri bununla yanaşı terrorizmə qarşı mübarizə proqramını da elan edib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR