Türkiyəli aparıcı Tanem Sivar açıqlaması ilə gündəmə gəlib.
Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, idmançı Edhem Dirvana ilə ailə həyatı quran Tanem alış-veriş mərkəzlərindən birində kameraların obyektivinə tuş gəlib. O, nikah mərasimi haqqında danışarkən:
"Mənə də sürpriz oldu. 40 il düşünsəm, belə olacağı ağlıma gəlməzdi. Hər şey o qədər sürətlə baş verdi ki, otelin tualetində hazırlanmalı oldum. Gəlinliyimi də orada geyindim. Hətta əlimdə tutmağa gözəl bir gül tapmışdım ki, onu da tualetdə unutdum", - deyib.