"Onlar məni öldürmək üçün cəngəlliyin dərinliyinə apardılar" - FOTO

"Onlar məni öldürmək üçün cəngəlliyin dərinliyinə apardılar" - FOTO
12:12 9 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı velosipedçi, "Azadlıq üçün pedalla" devizi altında dünya turuna çıxmış Yaşar Xudiyev Afrika turu zamanı Cənubi Sudanda vəhşicəsinə döyülüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, dekabrın 28-də Cənubi Sudandan Keniyaya keçmək istəyən velospiedçi sərhədə 50 kilometr qalmış naməlum şəxslərin hücumuna məruz qalıb. Həmyerlimiz baş verənləri belə xatırlayır:
 
"Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar, ölümcül döydülər və başıma ən azı on daş zərbəsi vurdular. Başımı qan içində görüb öldüyümü sandılar... Bir gün sonra növbəti gün səhər yarı huşsuz, ac və başı qanlı yabanı giləmeyvələrdən yeyərək, çirkli sudan içərək sağ qaldım. Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı. Mənim qəhrəmanlarım, 2 gənc həkim köməkçiləri Simon və Felix o dəqiqə cərrahiyyə otağına apardılar.

Yaralarımı yudular, başıma 10 tikiş qoydular. O vaxtdan bəri hospitaldayam. Həmin gündən Güney Sudan dövlətinin, özəlliklə Kapoeta qəsəbəsinin sakinləri qayğımı çəkirlər. İnsanlar pul gətirirlər. Məktəbli qızlar belə bir hadisənin baş verdiyini eşidəndə mənə toyuq ətiylə kartof qızartması, makaronla ət gətirirdilər. Həkimlərim Simon və Feliks mənim otağımda yatırdılar və yaxşıca qayğıma qalırdılar. Məni küçədə görəndə kədərimi ağrılarımı paylaşırdılar, sanki, onların başına gəlib. Mən necə sevməyim Afrikanı, hə?"
 
Yaşar Xudiyev bildirib ki, baş vermiş hadisə nəticəsində sol qolu qırılıb, bel sümüyündə çatlar əmələ gəlib, sağ qulağı isə yaxşı eşitmir. Ancaq bununla yanaşı səyyah özünü yaxşı hiss edir
 
"Gəzirəm, gülürəm danışıram. Hər şey yaxşı olacaq. Ancaq təəssüf hissiylə deyirəm ki, dostlar, velogəzintim sona çatdı. İndi sənədsiz, kağızssız əvvəlkindən daha azadam".

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR