Şiddətli şaxta 23 nəfərin donaraq ölməsinə səbəb olub

Şiddətli şaxta 23 nəfərin donaraq ölməsinə səbəb olub
12:17 9 Yanvar 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Latviyada şiddətli şaxta ilə əlaqədar son iki ayda 23 nəfər donaraq ölüb. AZƏRTAC “baltictimes.com”a istinadla xəbər verir ki, Latviyanın Dövlət Məhkəmə-Tibb Ekspertiza Mərkəzi 2015-ci il dekabrın 1-dən bu vaxtadək ölkədə 4-ü qadın olmaqla 23 nəfərin donaraq öldüyünü açıqlayıb. 

Paytaxt Riqada 12, Latqalada 6, Zemqaledə 4 və Vidzemedə isə bir nəfərin öldüyü bildirib. Son 70 ilin ən soyuq yanvar ayının yaşandığı Latviyada havanın temperaturu mənfi 30 dərəcəyə qədər düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR