Çində istehsal qiymətləri 5,2 faiz azalıb

Çində istehsal qiymətləri 5,2 faiz azalıb
12:18 9 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 9 yanvar, AZƏRTAC
Dünyanın ən böyük ikinci iqtisadiyyatına malik olan Çində ötən il istehsal qiymətləri əvvəlki ilə nisbətən 5,2 faiz azalıb.
Çin Milli Statistika Bürosunun məlumatına görə, ötən il istehsal qiymətləri indeksinin (istehsal edilmiş məhsulların fabrik qiyməti) azalma tempi 2014-cü ildəki rəqəmə (1,9 faiz) nisbətən daha böyük olub.
Ekspertlər hesab edirlər ki, Çində istehsal qiymətlərinin aşağı düşməsinə dünya bazarında enerji daşıyıcılarının ucuzlaşmasının da təsiri var.
 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinde_istehsal_qiymetleri_52_faiz_azalib-917143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR