Avstraliyaya yaşı Yer kürəsindən də çox olan meteorit düşdü - FOTO

Avstraliyaya yaşı Yer kürəsindən də çox olan meteorit düşdü - FOTO
12:22 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Avstraliya ərazisində yaşı Yer kürəsindən də çox olan meteorit parçası düşüb.

Oxu.az xarici KİV-ə istinadla xəbər verir ki, geoloqlar tərəfindən tapılan meteoritin təqribən 4,5 milyard il bundan əvvələ aid olduğu hesab edilir. 

Ümumi çəkisi 1,7 kiloqram səma cismi Pert şəhərinin Kurtin Universitetinin alimləri tərəfindən araşdırılır. Onun yerə düşməsi Avstraliyalı geoloqları tərəfindən Eyr gölü ərazisində yerləşdirilən videokameralar vasitəsilə anbaan lentə alınıb.

Alimlərin fikrincə, meteorit Marsın orbitindən gəlib.

Meteorit parçasının elmi tədqiqatlar üçün çox əhəmiyyətli olduğu bildirilir.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR