Almaniya klubu "Qarabağ"la qarşılaşmaq istəyir

Almaniya klubu "Qarabağ"la qarşılaşmaq istəyir
13:37 9 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Essen şəhərini təmsil edən "Rot-Vays" klubu Azərbaycan çempionu "Qarabağ"la qarşılaşmaq arzusundadı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Almaniya mətbuatı iddia edir.

Klubdan həmkarlarımıza verilən informasiyaya əsasən, "Qarabağ"la "Rot-Vays" yanvarın 16-da qarşılaşacaq. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan klubların görüşməsi isə, əslində, mümkünsüz görünür.

Çünki Ağdam təmsilçisi həmin gün İranın "Traktorsazi" klubu ilə qarşılaşacaq. Almanların həmin günkü oyunla bağlı iddiası bu üzdən əsassız görünür. Bu da böyük ehtimalla onunla bağlıdı ki, Regionalliqa klubu iddialı rəqiblə üz-üzə gəlmək arzusundadı.

Qeyd edək ki, Regionalliqanın Qərb zonasında çıxış edən Essen klubu ötən mövsümü 5-ci pillədə başa vurub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR