"İldə on dəfə ailə qurum ayrılım? " - Teymur Əmrah

"İldə on dəfə ailə qurum ayrılım? " -  Teymur Əmrah
13:51 9 Yanvar 2016
53 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Teymur Əmrah niyə evlənmədiyinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında "Toy nə zamandır" sualına belə cavab verib:

"İnşallah... Əsas namusdu, sonra insani xüsusiyyətlərdir. İldə on dəfə ailə qurum ayrılım? Bu pisdi. Bu gün təkəm xoşbəxtəm".

T.Əmrah özünü "sənətkar" adlandıran ifaçıları qınayıb:

"Münsif kimi danışmaq Tofiq Qulieyevə, Elza İbrahimoya yaraşar. Efirdə heç vaxt mən-mən deməmişəm. insanlar var ki o qədər harınlayıblar ki, "mən sənətkaram" deyirlər. 30-35 yaşın var, sənətkarsan? Məni aparıcı "sənətkar" kimi təqdim edəndə etiraz bildirirəm. Mən sənətkar yox, peşəkar ifaçıyam. Sənətkar Oqtay Ağayev, Rübabə Muradova, Mirzə Babayevdir. Mən oxumadım ki, konservatoriyadan sonra toya gedim. Toyxana müğənnisi olmaq üçün konservatoriyaya getmək lazım deyil. Dövlət idarəsində işləyirəm maaş alıram, əməkdar artist olmağıma görə pensiya alıram. Tələbələrim var, burdan gələn gəlirlə dolanıram. Çalışıram eyni kostyumda görünəm. Repertuarım hər dəqiqə geyimimi dəyişməyi tələb etmir. Əsas mənim ifa zamanı düzgün oxumağımdır. Allah hərəni bir cürə yaradıb. 25-30 yaşıma qədər saçım var idi, indi yoxdu. Gedim saç əkdirim, gözüm əyridi düzəltdirim? Mənim səsimə qulaq assınlar".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR