"CES 2016” sərgisində pilotsuz dron təqdim olunub

"CES 2016” sərgisində pilotsuz dron təqdim olunub
13:53 9 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
Las-Veqasda keçirilən "Consumer Electronics Show 2016" (CES) sərgisində Çinin "Ehang" şirkətinin dünyanın ilk pilotsuz uçan helikopter konsepsiyasının təqdimati keçirilib.
AZƏRTAC airporthaber.com saytına istinadla xəbər verir ki, "184" adlı bu yeni və növünün tək nümunəsi olan dron təxminən 200 kiloqram çəkiyə malikdir. Bir nəfərlik uçuşlar üçün istehsal edilən helikopterin qiyməti 300-400 min dollar olacaq. Elektriklə işləyən helikopter 23 dəqiqə uça bilir. "184"ün maksimum ağırlıq daşıma gücü 120 kiloqram və ən yüksək sürət səviyyəsi saatda 100 kilometrdir. Helikopter 3500 metrə qədər yüksəklikdə uça bilir.
Pilotsuz dron istehsal etmək üçün bir neçə ildir ki, fəaliyyət göstərdiklərini deyən "Ehang"ın icraçı direktoru Hu Huazhi iki pilot yoldaşını təyyarə qəzasında itirdikdən sonra bu konsepsiya üzərində işə başladıqlarını bildirib. 4G internet əlaqəsi, kondisioneri, cihaz doldurma və yük daşıma yeri olan "184" izdihamlı şəhərlərdə dron-taksi kimi istifadə edilə biləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR