Elza Seyidcahan KXDR diktatoruna şeir yazdı (VİDEO+FOTO)

Elza Seyidcahan KXDR diktatoruna şeir yazdı (VİDEO+FOTO)
14:28 9 Yanvar 2016
149 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış müğənni-bəstəkarı, əməkdar arstisti Elza Seyidcahan Koreya Xalq Demokratik Respublikasına etiraz olaraq şeir yazıb.

ANS Press-in məlumatına görə, Elza Seyidcahan ANS TV-nin “günə baxan” verilişində KXDR diktatoru Kim Çen İnə həsr etdiyi şeiri səsləndirib:

Bu dünya bir oyuncaqdır -
İçi dolu körpələri.
Mən körpənin oyuncağı yeddi notdur,
Başqa bir şey deyil.
Bu dünya oyun-oyuncaqdan başqa bir şey deyil

Kəsmə bükmək deyil,
Vəsmə çəkmək deyil,
Gürün, siz nə edir meyil.
Baxın, görün gileyin məğzi,
Küləyin səbəbi,
Oyuncaqları sovurmaq,
Qarlı dağları ovutmaq.
Oyuncaqlar davasının savaşı.
Nə şirin oyuncaq imiş dünya.
Çox ağır bir oyuncaqdır.
Gecə gəlməz,
Cücə getməz,
Sözə yetməz…
Yəni sənə çox şirindi bu oyuncaq , ay körpə?
Ana südü, dağ çiçəyi Verdi sənə bu dünya.
Yetməzmi?!
Dəyməz belə savaşa ki, körpələrin “inqə”ləri
Oxu atdın, yayı gizlədin innələri
İynələri saplamadan naxışların nə civarı?

Bu dünya oyun-oyuncaqdan başqa bir şey deyil.
Görün, siz nə edir meyil?
Elə deyil,
Belə deyil
Oyuncaqlaradır fel davasının xəbəri.
Xəbər gəldi o taydan,
Yekə bir oyuncaqdan.
Oyun çıxdı nə boyda,
Uzunluğu bu boyda.
Boydan-boya düzdülər,
Düzdülər ha, düzdülər.
Başqa bir şey deyil.
Bu dünya oyun-oyuncaqdan başqa bir şey deyil.

"Günə Baxan" verilişi

Bir müddət əvvəl, Elza Seyidcahan dolların bahalaşmasına da şeir yazıb.

Azərbaycanın Xalq şairi Fikrət Qoca da “Nüvə sınağına yox” şeiri ilə Şimali Koreya lideri Kim Çen Ina öz etirazını ifadə edib.

6 yanvar Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb. Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.


Koreya Xalq Demokratik Respublikasının prezidenti Kim Çen In


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR