"Kiralık aşk" serialının qəhrəmanı Barış Arduçun ağır xəstəliyə tutulduğu üçün çəkilişlərə qatılmadığı iddiası yayılıb.
Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət Barışın xəstəliyi ilə bağlı açıqlama yayıb:
"Barış Arduçun uzun müddət davam edən qrip xəstəliyi hazırda ağciyər iltihabına çevrilib. Bütün lazımi müayinə və müalicələr həkimlər tərəfindən həyata keçirilir. Barış narahat olanlara salam deyir. Qısa müddətdə sağalıb aramıza qatılmasını gözləyirik".