Gömrük rəisindən sahibkarlara mesaj: "İşbazlardan xilas olun..."

Gömrük rəisindən sahibkarlara mesaj: "İşbazlardan xilas olun..."
14:24 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Bakı Baş Gömrük İdarəsi olaraq ilkin bəyannamənin tətbiqinə başlamışıq”.

Ölkə başçısı hökümətin son müşavirəsində dövlət orqanlarının sahibkarlara yardım göstərməsi, onların işlərini asanlaşdırması ilə bağlı konkret olaraq göstərişlər verdi. Gömrük orqanları sahibkarlar işləyən ən yaxın təmasda olan orqanlardan biridir.

 

Lent.az xəbər verir ki, Bakı Baş gömrük idarəsinin rəisi Vüsal Novruzov məsələ ilə bağlı ANS-in suallarını cavablandırıb.

 

Bakı Baş gömrük idarəsi işlərini necə qurur?

 

- Məhz ölkə başçısının məlum çıxışından sonra bəzi idxal fəaliyyətləri üzrə bir sıra lisenziyalar və sertifikatlar ləğv edildi. Bəzilərinin də alınmasında qaydaları sadələşdirildi. Bu da öz növbəsində “bir pəncərə sistemi”nin tətbiqində gömrük rəsmiləşdirilməsi zamanı asanlaşdırmaqla yanaşı həm də vaxta qənaət olunmasına şərait yaratdı. Qeyd edim ki, xarici iqtisadiyyat fəaliyyət iştirakçısı gömrük bəyannaməsi tərtib edib gömrük əməkdaşına təqdim etdikdən 20 dəqiqə ərzində gömrük bəyannaməsi rəsmiləşdirilərək təkrarən vətəndaşa qaytarılır.

 

- Sahibkarlar tərəfindən ANS-ə müraciətlərdə də görünür ki, yenilikləri tətbiq edirsiniz. Sahibkarlar bunu necə qarşılayırlar?

 

– Bakı Baş gömrük idarəsi olaraq ilkin bəyannamənin tətbiqinə başlamışıq. Pilot layihəsi olaraq Bakı Baş gömrük idarəsi nəznində Sahil gömrük postu fəaliyyət göstərir. Bu postda biz pilot layihə kimi ilk bəyannaməni tətbiq etdik. Bu isə ondan ibarətdir ki, hər hansı bir yük ölkə ərazisinə daxil olarkən sərhəddə müvafiq sənədlər onlayn sistemə daxil edilir, nəticədə sənədlər bu sistemdə öz əksini tapır. Bundan sonra biz dərhal ilkin bəyannamənin tərtib olunmasına başlayırıq. Avtomobil yolda olarkən artıq bəyannamə hazır olur. Avtomobil gömrük terminalına daxil olan zaman isə yükün boşalmasını təmin edirik.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR