​KİV: Ermənistanın imkanlı və vəzifəli adamları övladlarını Dağlıq Qarabağa göndərmir

​KİV: Ermənistanın imkanlı və vəzifəli adamları övladlarını Dağlıq Qarabağa göndərmir
14:32 9 Yanvar 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Ermənistanın yüksək vəzifəli məmurlarının övladları Azərbaycanın işğal altında olan Dağlıq Qrabağ bölgəsində xidmətə göndərilmir.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, bu, Ermənistanda narazılıqla qarşılanır.
Dağlıq Qarabağdakı erməni separatçılarından biri - Movses Akobyan deyib ki, bu məsələ "püşkatma yolu ilə" müəyyən edilir.
Ermənistanda isə bu püşkatmanın keçirilməsinə ciddi şübhələrin olduğu haqda məlumat yayılıb.
Qeyd edək ki, Ermənistanda yanvarın 8-də qış çağırışı başlayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR