Vaqif Cavadov "Sumqayıt"ın heyətində ilk qolunu vurub

Vaqif Cavadov "Sumqayıt"ın heyətində ilk qolunu vurub
14:37 9 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda I Divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb. 
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin yeganə qolunu yeni transfer Vaqif Cavadov vurub.
Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu bu gün AZAL-a qarşı keçirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/vaqif-cavadov-sumqayit-in-heyetinde-ilk-qol

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR