“Roma gözəli” Silvana Pampanini dünyasını dəyişib

“Roma gözəli” Silvana Pampanini dünyasını dəyişib
14:38 9 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
İtaliya kinosunun əfsanəsi Silvana Pampanini 91 yaşında dünyasını dəyişib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, o, yanvarın 6-da təcili əməliyyat üçün aparıldığı Roma şəhərinin klinikalarının birində vəfat edib.
Xatırladaq ki, 1946-cı ildə “Miss İtaliya” gözəllik müsabiqəsində “Rəğbət mükafatı”nı qazanan Pampanini bir il sonra Cuzeppe Mariya Skotezenin “Apokalipsis” filmində debüt edib. Bundan sonra aktrisa uzun illər ərzində İtaliya gözəlliyinin simvoluna çevrilib.
Aktrisanın çəkildiyi ən məşhur filmlər arasında “Okey, Neron”, “Xanım prezident”, “Roma gözəli” əsas yeri tutur. “İtaliya gözəli” Hollivuda dəvət alsa da, dillə bağlı problemlərinə görə onun Amerika karyerası baş tutmayıb. Pampanini İtaliyadan başqa, Fransa və Meksikada Marçello Mastroyanni, Toto və Jan Qaben kimi çox məşhur aktyorlarla tərəf müqabili olub.
Ötən əsrin 60-cı illərində aktrisa özünü valideynlərinin qayğısına həsr etməyə məcbur olub. Bu səbəbdən təxminən 30 il kinodan uzaqlaşan Pampanini bir də 1983-cü ildə “Taksiçi” filmi ilə böyük ekrana qayıdıb və 90-cı illərin sonunda “Üç ulduz” filmində kiçik rol alıb.
Aktrisanın öz ailəsi olmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Roma_gozeli_Silvana_Pampanini_dunyasini_deyisib-917174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR