Toy qiymətini endirdi

Toy qiymətini endirdi
14:48 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aparıcı Sərxan Kərəmoğlu toy qiymətini endirib.

Axşam.az-ın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb. Aparıcı bir vaxtlar toylara 3-5 min dollara getdiyini bildirib.

S.Kərəmoğlu bundan sonra 370 manat qonorar alacağını deyib:

"Kimlərsə məni qınayacaq, kimlərsə "əhsən" deyəcək. Amma bir həqiqət var ki, son günlər nələrin baş verdiyindən hamı xəbərdardır. Biz qiymətləri qaldırmaqla nəyəsə nail olsaq da, gec olacaq. Kim toya neçəyə istəyir getsin. Mən belə qərar verdim. "Damla-damla göl olar" deyib atalar. Düşünün ki, normal vətəndaş ayda nə qədər əməkhaqqı alır. Bəs bizim onlardan üstün tərəfimiz nədir? Tanınmaq və ulduz olmaq? Boş şeydir, adam olmaq lazımdır. Bir vaxtlar 3-5 min dollara toylara getdim. İndi də ara-sıra gedirəm. Mən beləyəm, bəyənməyən getsin. Bəyənən inanıb, zəng etsin".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR