Bakıda mağazadan 35 min manat pul oğurlandı

Bakıda mağazadan 35 min manat pul oğurlandı
14:47 9 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mağazalardan birindən 35 600 manat pul oğurlanıb.

Milli.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Belə ki, Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 35600 manat oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Məmmədzadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR