"Mənim Bakı ilə heç bir əlaqəm yoxdu və ola bilməz" - Harri Kasparov

"Mənim Bakı ilə heç bir əlaqəm yoxdu və ola bilməz" -   Harri Kasparov
15:37 9 Yanvar 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda anadan olmuş şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov chess-news.ru nəşrinin suallarını cavablandırarkən, Azərbaycana olan münasibətindən danışıb.

H.Kasparov deyib: “Mən 1990-cı ilin yanvar ayında Bakını tərk etməli oldum. Həmişə demişəm ki, paytaxtı Moskva olan ölkədə doğulmuşam və SSRİ dağılandan sonra, paytaxtı Moskva olan ölkədə yaşamağa davam edirəm. Mənim üçün rus dili, rus mədəniyyəti və rus təhsili həmişə əsas olub.

Bizim ailədə müxtəlif millətlərin nümayəndələri var. Bakı digər respublikaların paytaxtından rus mədəniyyətinin təsirinin çox böyük olması ilə fərqlənirdi. Bu, ölkənin cənubunda yerləşən özünəməxsus imperiya “forpostu” idi.

Baxmayaraq ki, mənim pasportumda doğulduğum yer kimi Bakı göstərilib, mənim indiki Azərbaycanla heç bir əlaqəm yoxdu və ola da bilməz”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmnim-bak-il-hec-bir-laqm-yoxdu-v-ola-bilmzquot-t46673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR