"İnter" yığmamızla qarşılaşacaq

"İnter" yığmamızla qarşılaşacaq
15:52 9 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

“İnter”in əvəzedici heyəti qış təlim-toplanışını “İnter Arena”da həyata keçirir. Fanat.az xəbər verir ki, Rüstəm Əliyevin yetirmələri toplanış çərçivəsində 4 yoxlama matçına çıxacaq.

Belə ki, komanda yanvarın 12-də Azərbaycanın U-19 millisi ilə qarşılaşacaq. Matç “Dalğa Arena”da baş tutacaq. Yanvarın 15-də "İnter" doğma divarlar arasında “Rəvan”ın ikinci komandasını qəbul edəcək.

Paytaxt klubu yanvarın 19-da da yoxlama matçı keçirməyi planlaşdırır. Lakin rəqib hələ dəqiq bilinmir. Komanda hazırlıq çərçivəsində son matçı “Neftçi”nin əvəzedici heyətinə qarşı keçirəcək. Bu qarşılaşma yanvarın 23-də baş tutacaq.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR