Misirin keçmişi prezidentinin şikayəti təmin edilməyib

Misirin keçmişi prezidentinin şikayəti təmin edilməyib
15:52 9 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Misirin Apellyasiya məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarək və oğlanlarının şikayətini təmin etməyib.
"Report" xəbər verir ki, bu haqda "Al-Ahram" saytı məlumat yayıb.
Məlumata görə, məhkəmə onları 3 il azadlıqdan məhrum edib və təxminən 16 milyon dollar (125 milyon Misir funtu) məbləğində cərimələyib.
Xəbərdə bildirilib ki, bu, onların ikinci apellyasiya məhkəməsidir. İnformasiyaya əsasən, bu, məhkəmənin qəti qərarıdır və dəyişdirilə bilməz. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR