Mersin Dövlət Opera və Balet Teatrında səhnələşdirilmiş “Koroğlu” operasının premyerası olub

16:02 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bu barədə “Report”a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində F.Bağırov Mersinin qubernatoru Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus rayon bələdiyyəsinin sədri Şevket Can ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin Koroğlu operasının Mersin Dövlət Opera və Balet Teatrı tərəfindən səhnələşdirilməsinin iftixar doğuran bir hadisə olduğunu qeyd edən Səfir Faiq Bağırov, bunu Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinə daha bir nümunə kimi dəyərləndirib. Səfir Faiq Bağırov “Koroğlu” operasının səhnələşdirilməsi istiqamətində uzunmüddətli hazırlıq işlərinin görüldüyünü və səfirliyin təşəbbüsü nəticəsində Mersin Dövlət Opera və Balet Teatrının 2015-2016-cı illər üçün repertuarına daxil edildiyini diqqətə çatdırıb.
Görüşlər müddətində iki ölkə arasında münasibətlərin inkişafında Tarsus rayonunun xüsusi rolu qeyd olunmuş və 2011-ci ildə həmin rayonda Ümummilli Lider Heydər Əliyevin adına körpünün, 2015-ci ildə isə Ulu Öndərin xatirəsinə tikilmiş parkın və Onun abidəsinin açılış mərasimləri keçirildiyi diqqətə çatdırılıb.
Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafının xalqımızın mənəvi sifarişi olduğunu diqqətə çatdıran Mersin şəhərinin rəhbər şəxsləri, Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrinin, o cümlədən dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin Türkiyədə tanıdılmasının əhəmiyyətindən bəhs etmişdirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/mersin-dovlet-opera-ve-balet-teatrinda-sehnelesdirilmis-koroglu-operasinin-premyerasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR