Vaxtı ötmüş kolbasa və sosiska satanlar saxlanıldı (FOTO)

Vaxtı ötmüş kolbasa və sosiska satanlar saxlanıldı (FOTO)
16:58 9 Yanvar 2016
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız və müddəti bitmiş yeyinti məhsullarının satışının qarşısının alınması sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində keyfiyyətsiz yeyinti məhsullarının satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - “Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.

Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR