​Əfqanıstanda 17 terrorçu zərərsizləşdirilib

​Əfqanıstanda 17 terrorçu zərərsizləşdirilib
17:17 9 Yanvar 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının Əfqanıstanın Pakistanla sərhədində yerləşən Nanqarxarn əyalətindəki mövqelərinə ABŞ-ın Pilotsuz Uçan Aparatlarının endirdiyi hava zərbələri nəticəsində 17 terrorçu zərərsizləşdirilib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda əyalət başçısının mətbuat xidməti bildirib.
Məlumata görə, İŞİD silahlıları "Taliban" hərəkatının 7 üzvünü edam etməyə hazırlaşarkən aviazərbə endirilib.
Bombardman nəticəsində iki mülki şəxs də yaralanıb.
ABŞ-ın Əfqanıstandakı hərbi rəhbərliyi hadisə ilə bağlı açıqlama verməyib.
2015-ci ilin yanvarında İŞİD-in Xorasan bölməsi ilə "Taliban" hərəkatının silahlıları arasında toqquşma baş verib.
Qeyd edək ki, ötən ilin yanvarında İŞİD-in bu bölməsi Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərir. Onların 3 minədək silahlısı olduğu bildirilib. Bu terrorçu qruplaşmanın Əfqanıstanda radiostansiyası fəaliyyət göstərir.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR