Vaxtı ötmüş kolbasa və sosiska satanlar saxlanıldılar - FOTO

Vaxtı ötmüş kolbasa və sosiska satanlar saxlanıldılar - FOTO
17:37 9 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları tərəfindən insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız və müddəti bitmiş yeyinti məhsullarının satışının qarşısının alınması sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində keyfiyyətsiz yeyinti məhsullarının satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - "Al-Sana" MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş "Fitnes" kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.

Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR