​Rusiya qırıcılarının bombardmanı nəticəsində 47 nəfər ölüb, 100 sakin yaralanıb

​Rusiya qırıcılarının bombardmanı nəticəsində 47 nəfər ölüb, 100 sakin yaralanıb
17:47 9 Yanvar 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyaya aid döyüş təyyarələrinin Suriyanın İdlib şəhərinin Maaret ən-Numan rayonunu bombalaması nəticəsində çoxu dinc sakin olmaqla 47 nəfər həyatını itirib, yüz nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya təyyarələrinin bombaladığı Maaret ən-Numan rayonu Suriyadakı Bəşşar Əsəd rejiminə müxalifətin nəzarəti altındadır.
İnformasiyaya əsasən, qırıcılar rayondakı bazar yerini, mülki sakinlərin yaşayış yerlərini bombalayıb. 


Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiya-qiricilarinin-bombardmani-neticesinde-47-nefer-olub-100-sakin-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR