Varlılar bir həftədə 194 milyard dollar itirdi (FOTO)

Varlılar bir həftədə 194 milyard dollar itirdi  (FOTO)
17:51 9 Yanvar 2016
84 Digər
Ölkə mətbuatı
A- A+

Dünya zənginləri 2016-ci ilə uğursuzluqla başlayıb.

ANS PRESS-in məlumatına görə, yeni ilin ilk həftəsində dünyanın zəngin insanları ümumilikdə 194 milyard dollar zərər edib. “Bloomberg”in məlumatına görə, bu, birja ticarətində 120 ilin ən pis göstəricisi hesab edilir.

Dünya fond bazarlarındakı böhran və neftin qiymətinin aşağı düşməsi 400 zəngin insanın büdcəsinə də təsirsiz ötüşməyib. ”Bloomberg Billionaires”in hesablamalarına görə, 47 milyarder ilin ilk bir neçə günündə 1 milyard dollardan çox zərər edib.

Ümumilikdə, 400 biznesmen ilk həftədə 3.7 trilyon dollar gəlir əldə edib ki, bu nəticə keçən il əldə edilən 4 trilyon dollarlıq gəlirlərdən geri qalıb.

2016-cı ilin ilk 4 günü ərzində ABŞ-ın fond birjaları tarixində ən minimum səviyyəyə düşərək 1897-ci ildəki ən aşağı nəticəni də keçib.

Cərəyan edən böhran səbəbindən “Amazon.com” şirkətinin yaradıcısı və dünyanının ən varlı adamlarından biri olan Ceff Bezosun onlayn mağazasının səhmlərinin qiymətinin 10% aşağı düşməsi onun 5,9 milyard dollar itirməsi ilə nəticələnib.


Ceff Bezos

"Microsoft" şirkətinin banisi Bill Qeyts də kasıblayaraq 4,5 milyard dollar itirib. Hazırda onun büdcəsi 79,2 milyard dollar təşkil edir.


Bill Qeyts

Dünyanın daha bir zəngini "Zara" mağazalar şəbəkəsinin sahibi Amansio Orteqa 3,4 milyard dollar zərər etdikdən sonra büdcəsi 69,5 milyard dollar olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR