Güclü külək Lerikin elektrik təsərrüfatına ciddi ziyan vurub

Güclü külək Lerikin elektrik təsərrüfatına ciddi ziyan vurub
17:53 9 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Lerik, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC 
Yanvarın 8-də günorta saatlarından başlayaraq cənub bölgəsində əsən güclü cənub-qərb küləyi Lerik rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurub.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-a bildirib ki, rayonun 10 və 0,4 kilovatlıq elektrik hava xətlərində elektrik dayaqlarının aşması və elektrik naqillərinin qırılması nəticəsində axşam saatlarında bütün yaşayış məntəqələri işıqsız qalıb.
Güclü külək nəticəsində 100-dən çox elektrik dirəyi aşıb, 10 min metrdən çox naqil sıradan çıxıb.
Rayonun müvafiq qurumlarının təbii fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılmasına səfərbər olunduğunu bildirən H.Məlikov günün sonunadək yaşayış məntəqələrinin 70 faizində elektrik enerjisinin bərpa ediləcəyini diqqətə çatdırıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR